"Barselona"nın itkiləri açıqlandı

“Barselona” klubunun koronavirus pandemiyasına görə daha bir maddi itkisi açıqlanıb.

Sportline.az xəbər verir ki, İspaniya mətbuatı Kataloniya klubunun bilet satışından itirəcəyi gəliri açıqlayıb. Pandemiya səbəbiylə çempionat dayandırıldığına görə klub hər ev oyunu üçün bilet satışından 3,3 milyon avro itirir. La Liqa bərpa olunmasa və ya oyunların azarkeşsiz keçirilməsi qərara alınsa, klub ümumlikdə 20-25 milyon avro arası maddi itki ilə üzləşəcək.

İspaniya La Liqasında oyunların noyabr ayınadək azarkeşsiz keçirilməsi ehtimalı var. Bu qərar rəsmiləşsə, “Barselona”nın bilet satışından olan itkisi 30 milyon avroya çatacaq.