Baş məşqçi "Barselona"dan gedir?

İspaniyanın "Barselona" klubunun rəhbərliyi nəticələr yaxşılaşmayacağı təqdirdə, baş məşqçi Kike Setyeni mövsümün sonunda vəzifəsindən azad etməyə hazırdır.

Sportline.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis komanda La Liqa və Çempionlar Liqasının qalibi ola bilməsə, işindən kənarlaşdırılacaq. 

Setyen oyunçuların etimadını itirib və klub rəhbərliyi son nəticələrdən narazıdır.

Qeyd edək ki, Kike Setyen yanvardan "Barselona"ya rəhbərlik edir.