"Başakşəhər" - "Sivasspor" matçı öncəsində maraqlı hadisə qeydə alınıb
Baş hakim Halil Umut Melerin döyülməsindən sonra təxirə salınan Türkiyə Super liqası yenidən bərpa olunub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ilk oyun günündə "Başakşəhər"lə -"Sivasspor" üz-üzə gəlib.
Matçdan öncə maraqlı hadisə baş verib. Komandalar meydana daxil olarkən görüşün hakimlərinə çiçəklər hədiyyə olunub və futbolçular baş verən hadisələrə görə üzr istəyiblər.
Qeyd edək ki, Halil Umut Meler baş verən hadisədən sonra karyerasını bitirmək istədyini açıqlamışdı.