"Bavariya"-"Bayer 04": Heyətlərdəki son durum

Almaniya Bundesliqasının 5-ci turunun mərkəzi görüşündə "Bavariya" doğma meydanda "Bayer 04" komandası ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, oyun qabağı Münxen komandasının heyətində itkilər var. Zədəli olan Saşa Boye, Yosip Stanişiç, Hiroki İto və Dan Perets bu görüşdə komandasına kömək edə bilməyəcək.

Qonaqlarda isə zədəli və ya cəzalı futbolçu yoxdur. Xabi Alonsonun komandası optimal heyətlə meydana çıxacaq.

"Bavariya" 4 turdan sonra 12 xalla yarış cədvəlinə başçılıq edir. 3-cü sıradakı "Bayer Leverkuzen"in aktivində 9 xal var.

Qeyd edək ki, Allianz Arenada baş tutacaq görüş bu gün saat 20:30-da başlayacaq.