"Bavariya" "Bayer 04"ün futbolçusu üçün 100 milyon avro ödəməyə hazırdır
"Bavariya" "Bayer04"ün yarımmüdafiəçisi Florian Virtzi heyətinə qatmaqda israrlıdır.
Sportline.az jurnalist Maksimilian Koxa istinadla xəbər verir ki, Münxen təmsilçisi 2025-ci ilin yayında 22 yaşlı futbolçu üçün növbəti təklifini edəcək. Rəhbərlik gənc futbolçu üçün 100 milyon ödəməyə hazırdır.
"Bayern" rəhbərliyi Virtzin oyunundan çox təsirlənir. "Real Madrid" Münxen komandası ilə bu transferdə rəqabət apara bilər.
Almaniyalı futbolçu bu mövsüm 8 oyunda 7 qol vurub, 2 asist edib.
Qeyd edək ki, onun "Bayer 04" komandası ilə 2027-ci ilə qədər müqaviləsi var.