"Bavariya" "Bormunt"un qapısını döyüb
"Bormunt"un ispaniyalı müdafiəçisi Din Haysen "Bavariya"nın əsas transfer hədəfinə çevrilib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki Münhen klubu Haysen üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır.
19 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Haysen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 2 qol və 1 asistlə yadda qalıb.