"Bavariya" heyətini müdafiəçi ilə gücləndirib
"Bavariya" "Bayer 04"ün oyunçusu Conatan Ta ilə razılığa gəlib.
Sportline.az Kicker-ə istinadla xəbər verir ki, 28 yaşlı müdafiəçinin transferi "Bavariya"ya 25 milyon avro + 5 milyon avro bonuslara başa gəlib.
Almaniyalı müdafiəçi ötən mövsüm "Bayer 04"ün heyətində 48 oyuna çıxıb və aktivinə 6 qol, 1 asist yazdırıb.
Qeyd edək ki, Ta 2016-cı ildən Almaniya millisinin üzvüdür.