"Bavariya" növbəti yay almaniyalı futbolçunu heyətinə qatacaq
"Bavariya" "Bayer 04"ün futbolçusu Conatan Tanın xidmətində maraqlıdır.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, münxenlilər 28 yaşlı müdafiəçini növbəti yay heyətinə qatacaq. Futbolçu ilə transferin şərtləri artıq razılaşdırılıb. Ta yeni komandasında ilinə 9 milyon avro qazanacaq.
Bavariyanın idman direktoru Maks Eberl bildirib ki, bu mövsümün sonunda "Bayer 04"lə müqaviləsi başa çatacaq Ta azad agent statusunda komandanın sıralarına qoşulacaq.
Qeyd edək ki, 2015-ci ildən Leverkuzen klubunda çıxış edən almaniyalı oyunçu ümumillikdə meydana çıxdğı 358 oyunda 14 qol vurub, 12 asist edib.