"Bavariya" portuqaliyalı futbolçunun transferində sona yaxınlaşıb

"Bavariya" Palinyanın tranferində "Fulhem"lə hər mövzuda razılığa gəlib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, münxenlilər bu keçid üçün İngiltərə klubuna 46 milyon avro ödəyəcək.

28 yaşlı yarımmüdafiəçi AVRO 2024-dən sonra tibbi müayindədən keçəcək və klubla 2028-ci ilə qədər müqavilə imzalayacaq.

Palinya ötən mövsüm "Fulhem"in heyətində 39 oyunda 4 qol və 1 asistlə çıxış edib.

Qeyd edək ki, London klubu ilə 2028-ci ilə qədər müqaviləsi olan oyunçunun transfer dəyəri 55 milyon avrodur.