"Bavariya" rəsmən baş məşqçi postuna Vinsent Kompaninin gətirildiyini açıqladı
Almaniyanın "Bavariya" klubu rəsmi hesabından belçikalı çalışdırıcı Vinsent Komani ilə razılıq əldə olunduğunu bildirib.
Sportline.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı ilə müqavilə 2027 ci ilə qədər nəzərdə tutulub.
Kompaninin son iş yeri İngiltərənin "Börnli" komandası olub.
Qeyd edək ki, "Bavariya" Bundesliqanın son mövsümünü liderin 18 xal gerisində 3-cü pillədə tamamlayıb.