"Bavariya" yüksək maaş alan oyunçularından biri ilə yollarını ayırmaq istəyir

"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska bu yay komandanı tərk edə bilər.

Sportline.az Bild.com-a istinadla xəbər verir ki, klub rəhbərliyi 29 yaşlı futbolçuya onu heyətdə düşünmədiklərini bildirib.

Mənbənin sözləri görə Qoretska Bundesliqanın 1-ci turunda keçiriləcək "Volfsburq"a qarşı oyunda iştirak ərizəsinə daxil edilməyəcək.

O, Almaniya kubokunda "Ulm"a qarşı matçda da yer almayıb.

Qeyd edək ki, Qoretska Münxen klubunun ən yüksək maaş alan 7-ci futbolçusudur.Almaniyalı oyunçu ilinə 18 milyon avro qazanır.