"Bavariya"da Leon Qoretska ilə bağlı yekun qərar qəbul edilib

"Bavariya" klubu 29 yaşlı müdafiəçi Leon Qoretska ilə bağlı qərar qəbul edib.

Sportline.az Sky Sporta istinadla xəbər verir ki, Almaniya klubu təcrübəli futbolçu ilə yolları ayırmaq qərarına gəlib.

Qoretska "Bavariya"nın ötən gün Almaniya Kuboku çərçivəsində "Ulm"la qarşılaşdığı oyunun heyətinə daxil edilməyib.

2018-ci ildə "Şalke 04"dən "Bavariya"ya transfer olunan Qoretska Münxen klubu ilə 221 oyunda 40 qol və 46 asistə imza atıb.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 30 milyona avrodur.