"Bavariya"dan almaniyalı futbolçuya fantastik təklif

"Bavariya" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu "Bayer"in almaniyalı futbolçusu Florian Virtsi heyətinə qatmaq istəyir.

"Bavariya" bu keçid üçün qarşı tərəfə 125 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərə nəzərdə tutulub.

Bunun yanı sıra "Bavariya" 21 yaşlı futbolçuya 5 ildə, 125 milyon avroluq maaş təklif edib.

Xatırladaq ki, Virtslə "Real Madrid" və "Mançester Siti" klublarıda yaxından maraqlanır.