"Bavariya"nın əsas hədəfi bəlli olub

"Bavariya" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Sky Sports DE" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu "Bayer"in futbolçusu Florian Virtsi heyətinə qatmaq istəyir.

21 yaşlı futbolçunun transfer qiyməti 125 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Virts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 15 qol 13 asistlə yadda qalıb.