"Bavariya"nın idman direktoru: Kimmix komandanın kapitanı olmalıdır
"Bavariya" klubunun idman direktoru Maks Eberl hesab edir ki, Çoşua Kimmix- komandanın gələcəyidir.
Sportline.az xəbər verir ki, keçmiş alman futbolçu Bild nəşrinə verdiyi müsahibədə Kimmix haqqında bu fikirləri səsləndirib.
"Biz Kimmixin bu klubun siması olmasını istəyirik. Onun çıxışları, istəyi, ürəyi... o, bunun üçün yaradılıb. O, gələcəkdə "Bavariya"nın kapitanı olmalıdır. Ancaq əvvəlcə müqaviləni yeniləməliyik!" deyə Eberl bildirib.
Qeyd edək ki, Kimmix özü də daha əvvəl Münxen klubunda qalmaq istədiyini bildirmişdi.
2015-ci ildən "Bavariya"nın uğurları üçün çalışan 29 yaşlı yarımmüdafiəçi bu müddət ərzində 394 oyunda 42 qol və 104 asistə imza aıtb.Onun klubla 2025-ci ilə qədər müqaviləsi var.