"Bayer 04" 16 yaşlı futbolçu ilə razılıq əldə edib

"Bayer Leverkuzen" "Barselona"nın 16 yaşlı müdafiəçisi Andrea Natalini heyətinə qatıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, gənc oyunçu ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

2021-ci ildən "Barselona"da çıxış edən Natali İtaliyanın gənc yaşlardan ibarət millisinin üzvüdür.

Almaniya klubunun idman direktoru Simon Rolfes futbolçu haqda bu fikirləri səsləndirib.

"Natali bu yay bir çox böyük klubun maraq dairəsində idi. Onun "Bayer"i seçməsinə görə şadıq.Uzunmüddətli perspektivdə onun klub üçün vacib oyunçu olmaq üçün hər cür imkanı var" deyə Rolfes bildirib.