"Bayer 04" "Bavariya"nın təklifini rədd edib

"Bayer Leverkuzen" "Bavariya"nın Conatan Ta üçün etdiyi 20 milyon avroluq təklifi geri çevirib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, son Almaniya çempionu müdafiəçi üçün 40 milyon avro tələb edir.

"Bavariya" rəhbərliyi ikinci bir təklif irəli sürməyi planlayır.

Qeyd edək ki, 28 yaşlı Conatan Ta bu mövsüm "Leverkuzen"in heyətində 48 oyunda meydanda olub və 6 qol, 1 asistlə yadda qalıb.