"Bayer 04" "Liverpul"u tərk edən müdafiəçi ilə maraqlanır

"Bayer" Leverkuzen mayda "Liverpul"dan ayrılan Joel Matipi heyətinə qatmaq istəyir.

Sportline.az  "Sky Sport Germany"yə istinadla xəbər verir ki, Almaniya klubu 32 yaşlı kamerunlu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Matip 2009-cu ildən 2016-cı ilə qədər Bundesliqada "Şalke"nin formasını geyinib.

O, ötən mövsüm Mersisayd klubunun heyətində bütün turnirlər daxil olmaqla 14 oyuna çıxıb.

Qeyd edək ki, Joel Matip 2010-cu ildən Kamerun milli komandasının üzvüdür.