"Bayer 04" fransalı futbolçunun transferi ilə bağlı "Renn"lə razılığa gəlib

"Bayer 04" və "Renn" komandaları hücumçu Martin Teryenin transferi ilə bağlı razılığa gəliblər.

Sportline.az xəbər verir ki, bu barədə Fransanın məhşur nəşri L'Equipe məlumat yayıb.

Martin Teryenin nə Bundesliqa çempionu ilə imzalayacağı müqavilənin müddəti, nə də transfer qiyməti açıqlanıb.Mənbənin sözlərinə görə, "Bayer" Leverkuzenin bu transfer müqabilində qarşı tərəfə çexiyalı hücumçu Adam Hlozeki göndərəcəyi gözlənilir.

Martin Terye bütün karyerası ərzində Fransada çıxış edib.O, "Lill", "Strasburq" və "Lion" komandalarının uğurları üçün çalışıb.

Qeyd edək ki, ötən mövsüm "Renn" ilə 24 oyuna çıxan vinqer bu görüşlərə 7 qol və 3 asistlə yadda qalıb.