"Bayer"in futbolçusu "Mançester Yunayted"in radarına düşüb

"Bayer"in almaniyalı stoperi Conatan Ta karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Conatan Tanı mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

29 yaşlı futbolçu "Bayer"lə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Conatan Ta bu mövsüm çıxış etdiyi 46 matçda 3 qol 1 asistlə yadda qalıb.