"Bayer"in futbolçusu "Qalatasaray"ın hədəfində
Mövsümün sonunda Dris Mertenslə vidalaşacaq "Qalatasaray" orta sahəyə transfer çalışmalarını davam etdirir.
Sportline.az xəbər verir ki, istanbullular onu İlkay Gündoğanla əvəzləməyi planlaşdırsalar da, bu futbolçunun "Mançester Siti" ilə müqavilənin müddətini artırması işləri korlayıb.
Bu səbəbdən "Qalatasaray" rəsmiləri Almaniyaya üz tutublar.
"Sabah" qəzetinin yaydığı məlumata görə, İstanbul nəhəngi "Bayer"in yarımmüdafiəçisi Qranit Cakanı hədəfləyib.
İsveçrə millisinin üzvü ilə ilkin danışıqlar aparıldığı və onun mümkün transferə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Qranit Caka bu mövsüm meydana çıxdığı 45 oyunda 2 qol, 7 asist müəllifidir.