Bernardo Silva evinə qayıdır

"Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silva karyerasını ölkəsində davam etdirəcək.

Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Benfika" B.Silva üçün "Mançester Siti" ilə danışıqlara başlayıb.

30 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Bernardo cari mövsüm çıxış etdiyi 41 matçda 3 qol və 4 asistlə yadda qalıb. 

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Bernardo Silva "Benfika" yetirməsi sayılır. O 2007-2015-ci illər ərzində Portuqaliya klubunda çıxış edib.