"Beşiktaş" azarkeşlərini sevindirəcək xəbər Necip Uysaldan gəldi

Zədə üzündən komandaya kömək edə bilməyən Necip Uysal "Beşiktaş" azarkeşlərinə sevindirici xəbəri verib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, türkiyəli müdafiəçi komandayla məşqlərə başladığını və qıssaa müddətdə yenidən yaşıl meydanlara dönəcəyini açıqlayıb. 

32 yaşlı təcrübəli futbolçu Necip Uysal "Fatih Karagümrük"lə matçda komandaya kömək etmək istədiyini və özünü hazır hissetdiyini bildirib. 

Qeyd edək ki, Necip Uysal "Kasımpaşa" ilə matçda zədələndiyi üçün uzun müddət yaşıl meydanlardan kənarda qalmışdşı.