"Beşiktaş" albaniyalı futbolçu ilə razılaşıb
İstanbul nəhənglərindən olan "Beşiktaş" "Çelsi"nin 22 yaşlı alabniyalı futbolçusunu transfer etmək qərarına gəlib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, söhbət Armando Broyadan gedir. "Qara-qartallar"ın preizdenti Hasan Arat "Çelsi" kulubunun rəhbərliyi ilə danışıqlara başlayıb.
Armando Broyanın yanvar ayından etibarən icarə əsasında "Beşiktaş"a qatılacağı gözlənilir.
Qeyd edək ki, Armando Broya bu mövsüm "Çelsi" forması ilə çıxdığı 20 oyunda 2 qol, 2 asistlə yadda qalıb.