"Beşiktaş" İmmobile ilə bağlı qərar verib

Bu mövsüm böyük ümidlərlə "Beşiktaş"a transfer olunan Çiro İmmobile ilə yollar ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "A Spor" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə İstanbul nəhəngi bununla bağlı qəti qərar qəbul edib.

"Fotomaç"da yer alan xəbərdə isə təcrübəli forvardla İtaliya və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı deyilir.

Qeyd edək ki, bu mövsüm "Beşiktaş" formasıyla 36 oyuna çıxan italiyalı futbolçu 15 qol və 3 asistlə yadda qalıb.