Blinkenin sevinci
ABŞ-ın Azərbaycandakı səfirliyi milli komandalarının DÇ-2022-nin 3-cü turunda ötən gün İrana qalib gələrək (1:0) 1/8 finala yüksəlməsi ilə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, paylaşımda qələbə münasibətilə milli komandaya təşəkkür edilib: “ABŞ-nin futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası, irəli!”.
Paylaşılan şəkillərdə qələbəni qeyd edənlər arasında ABŞ Dövlət katibi Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kulebanın da olduğu görünür.