"Bohum" fantastik geridönüşlə Bundesliqada yerini qoruyub

Bundesliqanın 2024/2025 mövsümünə vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Bohum" 0-3 hesabı ilə məğlub olduğu görüşün revanşında səfərdə "Fortuna" Dusseldorfla qarşılaşıb.

Matçın əsas vaxtı qonaqların 3-0 hesablı qələbəsi ilə yekunlaşıb və ümumi hesabda bərabərlik qeydə alındığından əlavə vaxta ehtiyyac duyulub.

Əlavə vaxtda başqa qol olmuyub və komandalar penaltilər seriyasına yollanıblar.

Burada daha dəqiq oynayan "Bohum" futbolçular 6-5 hesabı ilə qalib gələrək Bundesliqadakı yerini qoruyublar.

Qeyd edək ki, növbəti mövsüm üçün elitaya vəsiqəni təmin edən digər 2 komanda "St.Pauli" və "Holştein Kiel" olub