"Borussiya Dortmund" əfsanəsi ilə vidalaşır

12 ildir "Borussiya"da çıxış edən Marko Roys mövsümün sonunda komandadan ayrılacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bu barədə Almaniya klubu sosyal medya hesablarından məlumat paylaşıb.

"Borussiya Dortmund" 12 il əvvəl Marko Roysu 17 milyon avro qarşılığında "Münxenqladbax"dan heyətinə qatmışdı.

"Sarı-qaralar"la 424 oyuna çıxan Roys bu matçlarda 168 qol və 128 asistlə yadda qalıb.

Qeyd edək ki, 34 yaşlı futbolçu "Dortmund" ilə 2 dəfə ölkə kubokunu, 3 dəfə isə Almaniya Superkubokunu qazanıb.