"Borussiya Dortmund"da ÇL finalını buraxacaq oyunçular adı müəyyənləşib

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç "Real" Madridlə oynanılacaq Çempionlar Liqası finalını buraxacaq futbolçuların adını çəkib.

Sportline.az Championat.com-a istinadla  xəbər verir ki, almaniyalı çalışdırıcı Rami Bensebaini, Julyen Duranvill və Metoe Moreyin  bu görüşdə komandaya kömək edə bilməyəcəyini deyib.

Xatırladaq ki, Çempionlar Liqasının final görüşü iyunun 1-də "Uembli"də keçiriləcək.

Qeyd edək ki, turnirin son qalibi "Mançester Siti" klubudur.