"Borussiya Dortmund"dan ayrılacaq oyunçular bəlli olub

Bundesliqada uğursuz mövsüm keçirən və Çempionlar Liqasının finalında "Real Madrid"ə məğlub olan "Borussiya Dortmund" növbəti mövsümün hazırlıqlarını davam etdirir.

Sportline.az Ntvsport.net-ə istinadla xəbər verir ki, Nuri Şahinin rəhbərlik etdiyi "Borussiya Dortmund" 3 futbolçu ilə yollarını ayıracaq.

Xəbərdə yer alan məlumata görə,  Yusufa Mokoko və Sebastian Alenin komandadan ayrılacağı gözlənilir.

Karim Adeyemenin isə 30 milyon avroluq təklif gələcəyi təqdirdə satıla biləcəyi qeyd olunur.

Qeyd edək ki, komandadan ayrılacağı gündəmdə olan Salih Özcan və Nikolas Şülenin heyətdə saxlanılmasına qərar verilib.