"Boston" məğlub oldu, "Hyuston" və "Yuta" qalib gəldi

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə azarkeşlər daha 6 oyuna şahidlik ediblər.

"Bruklin Nets" və "Boston Seltiks" gərgin anlarla yadda qalan görüş "birincilər"in qələbəsi ilə yekunlaşıb. 

"Hyuston Rokets" və "Yuta Cazz" da tərəfdarlarını sevindirib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Bruklin Nets" - "Boston Seltiks" - 109:102

"Hyuston Rokets" - "Memfis Qrizzlis" - 112:94

"Sen Antonio Spörs" - "Şarlott Hornets" - 93:108

"Yuta Cazz" - "Detroyt Pistons" - 100:94

"Sakramento Kinqs" - "Portlend Treyl Bleyzers" - 115:107

"Los Anceles Klippers" - "Nyu Orleans Pelikans" - 117:121