"Boston" və "Qolden Steyt"dən növbəti qələbə
Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, azarkeşlər növbəti oyun günündə daha 5 qarşılaşmaya şahidlik ediblər.
Favoritlərdən "Qolden Steyt Uorriorz" "İndiana Peysers"ə aman verməyib. "Boston Seltiks" isə "Bruklin Nets"dən güclü olub.
Nəticələri diqqətinizə çatdırırıq:
"Şarlott Hornets" - "Nyu York Niks" - 101:92
"İndiana Peysers" - "Qolden Steyt Uorriorz" - 100:132
"Boston Seltiks" - "Bruklin Nets" - 112:104
"Memfis Qrizzlis" - "Denver Naqqets" - 92:95
"Los Anceles Klippers" - "Atlanta Houks" - 118:123