"Boston" və "Yuta"dan növbəti qələbə
Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, azarkeşlər ötən gecə üç oyuna şahidlik ediblər.
Favoritlərdən "Boston Seltiks" və "Yuta Cazz" gecəni qələbə ilə yekunlaşdırıblar.
"Boston Seltiks" - "Nyu York Niks" - 128:100
"Portlend Tryel Bleyzers" - "Feniks Sans" - 108:86
"Yuta Cazz" - "Hyuston Rokets" - 118:91