Braziliya kulbunun azarkeşləri kamerunlu futbolçunu istəyirlər
Braziliyanın "Palmerias" kulubunun azarkeşləri "Beşiktaş"ın kamerunlu hücumçusu Vinsent Abubakarın transferini tələb ediblər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Braziliya mediasından "Bolavip" bu keçid haqqında :"Çox bahalı futbolçudur, Onun burada oynama ehtimalı çox aşağıdır. "Palmerias" rəhbərliyi də bu yükün altına girmək istəmirlər",-deyib.
Vinsetn Abubakar son zamanlarda əsas heyətdə çıxış etməməsinin ardından mediadan çıxan xəbərlər haqqında sosial media hesabında paylaşım edərək :"Lazımsız şərhlərinizi özünüzə saxlayın. Mənim kulubla ya da futbolçularla heç bir problemim yoxdur",-deyib.
Qeyd edək ki, Vinsent Abubakar bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 22 oyunda 11 qol, 3 asistlə yadda qalıb.