Braziliya millisinin iki futbolçusu üçün mundial başa çatdı

Braziliya millisi ciddi itkilərlə üzləşib.

Sportline.az "Globe Esporte"yə istinadən xəbər verir ki, komandanın hücumçusu Qabriel Jesus və müdafiəçi Aleks Telles sıradan çıxıb. Hər ki futbolçu dizindən xəsarət alıb.

Jesus təxminən  1 ay yaşıl meydanlardan kənarda qalacaq. Tellesinin isə durumunun daha ciddi olduğu və onun əməliyyat ediləcəyi bildirilib. Bu isə o deməkdir ki, futbolçular üçün DÇ-2022 erkən başa çatıb.

Qeyd edək ki, "Sambaçılar" mundialın 1/8 finalında Cənubi Koreya ilə qarşılaşacaq. Dekabrın 5-də keçiriləcək matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.