Braziliya və Serbiya yığmaları rekorda imza atıb, iki futbolçu tarixə düşüb

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin II turunda bir neçə rekord qeydə alınıb.

Sportline.az xəbər verir ki, Qanaya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edən Cənubi Koreya yığmasının futbolçusu Sun Kyu Ço başla bunu bacaran ilk asiyalı oyunçu olub.

Serbiya yığması Kamerunla 3:3 hesablı heç-heçə etdikləri matçda tarixə düşüb. Avropa təmsilçisi eyni qarşılaşmanın birinci hissəsinin əlavə vaxtında iki qol vuran yeganə komandadır.

Həmin görüşdə qol vuran, həm də məhsuldar ötürmə ilə yadda qalan kamerunlu Vinsent Abubakar bir çempionat matçında əvəzetmədən oyuna girən və buna müvəffəq olan ilk futbolçudur.

İsveçrəni bir cavabsız qolla yenən Braziliya millisi yarışda qrup mərhələsində məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdıraraq yeni rekorda imza atıb. "Sambaçılar" Almaniyanın 1990 - 2010-cu illərdəki 16 oyunluq rekordunu qırıb.