Brazilya Cənubi Koreyanı böyük hesabla məğlub etdi

Braziliya millisi yoxlama görüşündə Cənubi Koreyanı böyük hesabla məğlub edib.

Sportline.az xəbər verir ki, "sambaçılar" səfərdə rəqibinin qapısından 5 cavabsız top keçiriblər.

Qonaqların heyətində Estevan Villian (13, 47), Rodriqo (41, 49) və Vinisius Junior (77) fərqləniblər.

Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçisi olduğu Braziliya yığması növbəti yoxlama oyununu 4 gün sonra Yaponiyaya qarşı keçirəcək.