“Brentford”dan “Bayer”ə keçə bilər

“Brentford”un niderlandlı qapıçısı Mark Flekken karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az “Sky Germany” nəşrinə istinadən xəbər verir ki, “Bayer” Mark Flekken üçün “Brentford”a 12.5 milyon avro təklif edib.

31 yaşlı kiperin “Brentford”la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Flekken bu mövsüm çıxış etdiyi 32 matçda qapısında 49 qol görüb.