Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib: "Sabah" və "Sumqayıt" 1/4 finalda
İlk oyun günündə 2 görüş keçiriləcək.
Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən "Sabah"la "Kəpəz" Tovuz şəhər stadionunda üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.
Digər görüşdə isə "Sumqayıt" "Karvan"ı sınağa çəkəcək. "Kapital Bank Arena"da reallaşacaq matç saat 17:00-da start götürəcək.
Azərbaycan Kuboku
1/8 final
14:00. "Kəpəz" - "Sabah" 3-3
Tovuz şəhər stadionu (“CBC Sport”/canlı)
Qollar:Niane 34 (p), 77, 44 - Till 13, Sekidika 23, Ape 39, Amin 90
17:00. "Sumqayıt" - "Karvan" 3-1
"Kapital Bank Arena" (“AzPFL”/canlı)
Qollar: Kamran Əliyev 55, Erik Sorqa, 82, Rövlan Muradov, 88 - İzzət Müştaqov, 65
"Kapital Bank Arena"
Qeyd edək ki, bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.