Azərbaycan Kuboku: "Səbail" və "Zirə" növbəti mərhələdə

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Səbail" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. İkinci görüşdə isə "Zirə" və "Turan Tovuz" üz-üzə gələcək.

Azərbaycan Kuboku 
1/8 final
20 dekabr

14:00 "Səbail" - "Şamaxı" 6:0
Qollar: 
Amil Yunanov, 23 (pen), 45, Pedro Nuno, 50, Rüfət Abdullazadə, 56, 80
Baş hakim: Tural Qurbanov 
Stadion: ASCO Arena

17:00 "Zirə" - "Turan Tovuz" 2-1

Qollar: Filipe Paxtman, 82. Rüstəm Əhmədzadə, 88 - Otto Con, 4.
Baş hakim: İnqilab Məmmədov
Stadion: Zirə İdman Kompleksinin stadionu