Bu gün İspaniyada çempion müəyyənləşə bilər

"Real" bu gün La Liqanın qalibi ola bilər.

Sportline.az xəbər verir ki, Madrid klubu bu gün 37-ci turda doğma meydanda "Vilyarreal"ı məğlub etsə, xalını 86-a yüksəldərək ən yaxın izləyicisi "Barselona" ilə xal fərqini ən azı 4-də saxlayacaq. Bununla da komanda turnirin bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirəcək.

Madrid təmsilçisinə son iki turda heç-heçə də çempionluğa kifayət edəcək. Çünki "Barselona" ilə xallar bərabər olacağı təqdirdə, Zinəddin Zidanın komandası şəxsi görüşlərinə hesabına (2:0, 0:0) yenə çempion olacaq.

Qeyd edək ki, "Real" hazırda 83 xalla 1-ci, "Barselona" 79 alla 2-ci, "Atletiko" 66 xalla 3-cüdür.