UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.
Qruplarda birinci yeri tutan komandalar ikinci yerlərin sahiblərinə rəqib olublar.
“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)
PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya)
“İnter” (İtaliya) - “Atletiko” (İspaniya)
PSV (Niderland) – “Borussiya” (Dortmund, Almaniya)
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)
“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
“Leyptsiq” (Almaniya) – “Real” (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.