Bundesliqada 2024/2025 mövsümü bu gün start götürür

Almaniya Bundesliqasında yeni mövsümə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, sezonun açılış oyununda son çempion "Bayer" Leverkuzen səfərdə "Borussiya" Münxenqladbax ilə qarşılaşacaq.

"Borussia-Park" Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, Almaniya liqasında ən çox çempion olan komanda 33 dəfə ilə "Bavariya"dır. İkinci ən çox çempionluq yaşayan klub 9 dəfə ilə "Nürnberq"dir. İlk üçlüyü 8 çempionluqla Dortmund "Borussiya"sı qapıyır.