Bundesliqada bu gün
Almaniya Bundesliqasında 4-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma keçiriləcək.
Günün ən maraqlı oyunu Bremendə olacaq.Burada yerli "Verder" komandası çempionatın lideri "Bavariya"nı qəbul edəcək.Matç Bakı vaxtı ilə 17:30-da başlayacaq.
Digər görüşlərin cnınədvəli belədir:
17:30 "Bohum" - "Holştein Kiel"
17:30 "Haydenhaym" - "Frayburq"
17:30 "Yunion" (Berlin) - "Hoffenhaym"
20:30 "Ayntraxt" (Frankfurt) - "Borussiya" (Münxenqladbax).
Qeyd edək ki, 3 turdan sonra yarış cədvəlinə 9 xalla "Bavariya" başçılıq edir. İkini sıradakı "Borussiya" (Dortmund) 7 xalı var. İlk üçlüyü 7 xalla "Laypsiq" qapıyır.