Bundesliqada ən çox qazanan 10 futbolçunun siyahısı açıqlanıb
Transfermarkt portalı Almaniya Bundesliqasında ən çox maaş alan oyunçuların siyahısını dərc edib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, siyahının ilk 10 pilləsinə yalnız Bavariyanın oyunçuları daxil olub.Zirvədə illik 25 milyon avro qazancla Harri Keyn qərarlaşıb.
1.Harri Keyn- 25 mln avro
2.Manuel Noyer -21 mln avro
3.Tomas Müller - 20.5 mln avro
4.Leroy Sane - 20 mln avro
5.Yozua Kimmix - 19.5 mln avro
6.Serj Qnabri - 18.8 mln avro
7.Leon Qoretska - 18 mln avro
8.Kinqsli Koman - 17 mln avro
9.Matteys De Lixt - 16 mln avro
10.Maykl Olise - 13.5 mln avro.