Bundesliqada yeni mövsümün təqvimi açıqlanıb

Bundesliqa rəsmi saytında qarşıdan gələn Almaniya çempionatının təqvimi elan edilib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, yeni mövsüm avqustun 23-də başlayıb mayın 18-də sona çatacaq.

İlk turun oyun cədvəli aşağıdakı kimidir:

"Borussiya Münhenqladbax" – "Bayer Leverkuzen"
"RB Laypziq" – "Bohum"
"Borussiya Dortmund" – "Ayntraxt Frankfurt"
"Hoffenhaym" – "Holştein Kiel"
"Frayburq" – "Ştutqart"
"Auqsburq" – "Verder Bremen"
'Volfsburq" – "Bavariya"
"Mainz" – "Yunion Berlin"
 "St Pauli" – "Haydenhaym".

Qeyd edək ki,  2024/2025 mövsümü üçün Almaniya çempionatının tam təqvimi ilə liqanın rəsmi saytında tanış olmaq olar. Bundesliqanın hazırkı qalibi "Bayer Leverkuzen"dir. Xabi Alonsonun rəhbərlik etdiyi komanda ötən mövsümü 30 matçdan sonra 90 xalla tamamlayıb.