Çağlar Söyüncü Türkiyə klubuna keçir

Çağlar Söyüncü Türkiyə nəhənglərindən olan "Fənərbağça" klubuna trasnfer olunacaq. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, türkiyəli müdafiəçi "Atletiko Madrid" klubunda əsas heyətdə yer ala blmdəyi üçün komandadan ayrılmaq qərarına gəlib. 

27 yaşlı futbolçu Avro 2024-də milli komandaya kömək edə bilmək üçün əsas heyətdə yer alacağı komandaya transfer olmaq istədiyini bildirib. 

Qeyd edək ki,Çağlar Söyüncü bu mövsüm "Atletiko Madrid" forması ilə cəmi 9 oyunda meydana çıxıb.