Çağlar Söyüncü karyerasını Türkiyə Super liqasında davam etdirəcək

Türkiyə nəhənglərindən olan "Fənərbağça" müdafiə xəttini gücləndirmək üçün Çağlar Söyüncünü transfer etmək qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər"in meneceri təcrübəli müdafiəçinin komandaya keçidiylə bağlı danışıqlara başlamaq üçün İspaniyaya gedib.

27 yaşlı futbolçu "Atletiko Madrid"in əsash eyətində yer ala bilmədiyi üçün komandadan ayrılmaqistədiyini bildirib. 

Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm "Atletiko Madrid" forması ilə cəmi 9 oyunda meydana çıxıb.