"Çelsi" hücum xəttini nigeriyalı futbolçuyla gücləndirmək istəyir

İngiltərə Prmyer Liqasında çıxış edən "Çelsi" klubu hücum xətti üçün "Napoli"nin futbolçusunu transfer etmək istəyir.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "zadəganlar" nigeriyalı hücumçu Viktor Osimhenin trnasferində maraqlıdırlar. 

25 yaşlı hücumçunun "Napoli"dən ayırlmaq istəməsi İngiltərə klubunu hərəkətə keçirib. Komanda rəsmiləri danışıqlar üçün İtaliyaya gediblər.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Napoli" forması ilə çıxdığı 18 oyunda 8 qol,3 məhsuldar ötürmə ilə yadda qalıb.