"Çelsi" qolkiper axtarışına başlayıb
İngiltərənin "Çelsi" kulubu Robert Sançezin zədələnməsin ardından qolkiper mövqeyi üçün axtarışlara başlayıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "zadəganlar"ı baş məşqçisi Maurisiyo Poçettino Robert Sançezin yerinə "topçular"ın qolkiperi Aron Ramsdeyli istəyir.
"Everton"la matçda zədələnən 26 yaşlı ispaniyalı qolkiper əməliyyat olunacağı üçün mövsümü başa vurub.
Qeyd edək ki, "Arsenal" rəhbərliyi Aron Ramsdeyli transfer etmək niyyətlərinin olmadığını bildiriblər.